"Next Gonio+" şirkətinin vəkili dəmir konstruksiyanın uçması nəticəsində bir nəfərin yaralandığı binada onların şirkəti tərəfindən təhlükəsizlik qaydalarının pozulmadığını bildirir
“Next Gonio+” şirkətinin vəkili dəmir konstruksiyanın uçması nəticəsində bir nəfərin yaralandığı binada onların şirkəti tərəfindən təhlükəsizlik qaydalarının pozulmadığını bildirir.
O bildirib ki, binanın fasad üzləmə işlərini podratçı şirkət həyata keçirirdi.
“26 mərtəbəli binanın tikintisi artıq başa çatıb, hazırda binanın podratçı şirkət tərəfindən fasad üzləmə işləri aparılırdı. Bizim tərəfimizdən təhlükəsizlik qaydaları pozulmayıb, lakin istintaq aparılır və gözləyək. Məndə olan məlumata görə, işkələdə 4 nəfər olub. Təfərrüat verə bilmərəm, xəsarət alan şəxsin sağlamlıq vəziyyəti ilə bağlı da məlumat verə bilmərəm. Sadəcə onu bilirəm ki, klinikaya aparılıb” – Qedenidze bildirib.
Məlumat üçün bildirək ki, Qonioda tikilməkdə olan binanın dəmir konstruksiyası uçub, nəticədə 1 nəfər yaralanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər, ərazi mühasirəyə alınıb, həmçinin Əmək Müfəttişliyinin nümayəndələri də hadisə yerindədirlər.