Ned Prays – biz Putinin Milad Bayramı ilə bağlı atəşkəs çağırışına sinizm kimi baxırıq

12:53, 07.01.2023

ABŞ Dövlət Departamentinin nümayəndəsi, Ned Praysın bəyanatına görə, Rusiya prezidentinin Milad Bayramı ilə bağlı birtərəfli atəşkəslə əlaqədar bəyanatı sinizmdən başqa bir şey deyil. Onun sözlərinə görə, Vaşinqtonda üzdəniraq atəşkəsə skeptik yanaşırlar.

Ned Praysın bəyan etdiyinə görə, ABŞ-da düşnürlər ki, Rusiya istənilən potensial fasilədən yenidən silahlanması və yenidən qruplaşması üçün istifadə edəck ki, yenidən Ukraynaya hücum etsin.

“Biz Rusiyanın üzdəniraq atəşkəslə bağlı açıqlamalarına şskeptik yanaşdıq. Prezident Putinin Milad Bayramında atəşkəs çağırışı sinizm kimi qiymətləndiririk. Düşünürəm ki, həmin qiymətləndirmə gün ərzində gördüklərimizlə təsdiqləndi. Biz narahatıq ki, Moskva yenidən silahlanma, yenidən qruplaşma və nəhayət, növbəti hücuma keçmək üçün hərbi əməliyyatlarda istənilən potensial sükutdan istifadə etməyə çalışacaq”, – Ned Prays bəyan etdi.

Oxşar