Ned Prays - ABŞ Rəcəb Tayyib Ərdoğanın Suriyanın cənub sərhədində yeni hərbi əməliyyat planlarından narahatdır
Amerika Birləşmiş Ştatları Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğanın Suriyanın cənub sərhədində yeni hərbi əməliyyat planlarından narahatdır. “Reuters” agentliyinin məlumatına görə, bu barədə bəyanatı ABŞ Dövlət Departamentinin nümayəndəsi, Ned Prays verdi.
Praysın dediyinə görə, istənilən yeni əməliyyat Suriyada bölgənin sabitliyinə təhlükə yaradacaq və Amerika ordusunu risk altına alacaq.
“Biz Suriyanın şimalında artan hərbi fəallıqdan narahatıq. Biz Türkiyənin cənub sərhədinin təhlükəsizliyi ilə bağlı legitim narahatlığını etiraf edirik, lakin istənilən yeni əməliyyat Suriyada bölgənin sabitliyinə təhlükə yaradacaq və Amerika ordusunu “İŞİD”-ə qarşı kampaniyasını risk altına alacaq”, – Prays bəyan etdi.