NDI – sorğu olunanların 76 faizi üçün Gürcüstanın Avropa İttifaqına, 74 faizi üçün NATO-ya üzv olması məqbuldur

13:35, 12.08.2021

Sorğu olunanların 76 faizi üçün Gürcüstanın Avropa İttifaqına üzv olması məqbuldur, – bu barədə Amerika Milli Demokratik İnstitutunun (NDI) tədqiqatında deyilir.

Suala, Gürcüstanın Avropa İttifaqına üzv olması məqbuldur ya yox, sorğu olunanların 76 faizi bəyan edir ki, məqbuldur, 11 faizi bəyan edir ki, məqbul deyil, 13 faizi isə, bilmir.

NATO-ya üzv olmağa gəldikdə, suala Gürcüstan hökumətinin bəyan etdiyi məqsəd – Gürcüstan NATO-nun üzvü olsun məqbuldur ya yox,sorğu olunanların 74 faizi bəyan edir ki, məqbuldur, 11 faizi bəyan edir ki, məqbul deyil, 14 faizi isə, bilmir.

NDI-ın məlumatına görə, qeyd olunan tədqiqat 13-25 iyulda Gürcüstan miqyası ilə 2 016 telefon müsahibəsinin nümayəndəlik seçim əsasında, ölkənin yetkinlik yaşlı əhali arasında keçirildi (işğal olunmuş ərazilərdən başqa). Sorğunun orta səhv səddi +/- 1.3 faizdir. Respodentlər təsadüfi nömrələrə zənglər metodu ilə seçildilər.

Oxşar