"NBC News" - İsrail və ərəb ölkələrinin rəsmi şəxsləri ABŞ-a İrana hücumlardan çəkinməyi məsləhət görürlər
"NBC News" - İsrail və ərəb ölkələrinin rəsmi şəxsləri ABŞ-a İrana hücumlardan çəkinməyi məsləhət görürlər

 

İsrail və ərəb ölkələrinin rəsmi şəxsləri şəxsi söhbətlərində ABŞ-a İrana hücumlardan çəkinməyi məsləhət görürlər. Bu haqda məlumatı “NBC News” yayır.

Medianın yazdığı kimi, son günlərdə rəsmi şəxslər Tramp administrasiyasına bildiriblər ki, İran rejimi ola bilsin hələ ABŞ-nin hərbi zərbələrinin onu devirməkdə həlledici olacağı səviyyəyə qədər zəifləməyib.

Ağ Evin rəsmi şəxsləri bildiriblər ki, Tramp hərbi güc tətbiqini nəzərdə tutmayan variantlar da daxil olmaqla, mümkün variantların geniş spektrini nəzərdən keçirir.

Medianın məlumatına əsasən, ərəb rəsmilərindən biri hazırda ABŞ-nin İrana hücumlarına yönəlik “qonşuluqda həvəs çatışmazlığı” olduğunu bildirib. Digəri isə “İsrail və ya ABŞ tərəfindən hər hansı bir hücum və ya eskalasiyanın iranlıları birləşdirəcəyindən” narahatlığını ifadə edib.

“NBC News”un xəbər verdiyi kimi, İsrailin rəsmi şəxsləri Tramp administrasiyasına bildiriblər ki, rejim dəyişikliyi istəyinə baxmayaraq, bu mərhələdə kənar hərbi müdaxilə etirazçıların başlatdığı işi bitirməyə bilər.