“NBC News” – Çin ABŞ donanmasının ən böyük gəmisinə rəqib olacaq nüvə enerjisi ilə işləyən təyyarədaşıyıcı inşa edir

13:23, 04.03.2025

 
Çin Amerika donanmasının ən böyük gəmisinə rəqib olacaq nüvə enerjisi ilə işləyən təyyarədaşıyıcı inşa edir – bu haqda “NBC News”un məqaləsində qeyd olunub.

Nəşrin analitikləri peyk görüntülərinə istinadən bildirirlər ki, Dalian Gəmiqayırma Zavodunda irihəcmli gəmi inşa edilir və bu, qırıcı təyyarələrin göyərtənin 4 yerindən havaya qalxmasına imkan verəcək.

Çinin hazırkı üç təyyarədaşıyan gəmisi təyyarələrin yalnız üç hissədən havaya qalxmasına imkan verir.

“NBC News” xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının 11 təyyarədaşıyan gəmisi var və onlar təyyarələrin dörd yerdən havaya qalxmasına imkan verirlər.

“ABŞ Çini prioritet hesab etdiyini gizlətmir. ABŞ-nin müdafiə katibi Pit Heqset NATO liderlərinə deyib ki, Amerikanın atəş gücünü azad etmək üçün Avropada daha çox təhlükəsizlik yükünü çiyinlərinə götürməlidirlər” – məlumatda qeyd olunub.

Oxşar