“NBC News” – Barselonada iğtişaşlardan sonra Pedro Sançes hökuməti mənzil böhranını həll etmək üçün yeni tədbirlər qəbul edib
İspaniyanın Baş naziri Pedro Sançesin hökuməti mənzil böhranını həll etmək üçün yeni tədbirlər qəbul edib. Bu barədə “NBC News” məlumat yayır.
“NBC News”un məlumatına əsasən, qərar ispanlar üçün mənzildən çıxarılmadan qorunmanın 2030-cu ilə qədər uzadılmasını nəzərdə tutur.
Medianın məlumatına əsasən, yeni tədbirlər həmçinin otaqların kirayəyə verilməsinin tənzimlənməsini, mövsümi kirayəyə yeni verginin tətbiqini və icarəyə verənlər üçün vergi güzəştlərinin edilməsini əhatə edir.
Qeyd olunan tədbirlər ratifikasiya üçün seçkilərə qədər fəaliyyətini davam etdirən qanunverici orqana təqdim olunacaq.
Məlumat üçün bildirək ki, noyabrın 5-də İspaniyanın Baş naziri Pedro Sançes ölkədə növbədənkənar parlament seçkilərinin noyabrın 29-da keçiriləcəyini bəyan edib. Bunadək ölkədə izdihamlı etiraz aksiyaları baş vermişdi.