“NBC News” – ABŞ Müdafiə Nazirliyi Avropadakı Amerika qoşunlarının sayının təxminən üçdə bir qədər azaldılmasını nəzərdən keçirir

12:45, 18.09.2026

ABŞ Müdafiə Nazirliyi Avropadakı Amerika qoşunlarının sayının təxminən üçdə bir qədər azaldılmasını nəzərdən keçirir – bu barədə “NBC News” məlumat yayıb.

ABŞ-ın hərbi kontingentinin 25 min və ya daha çox hərbçi ilə azaldılması NATO müttəfiqlərinin Rusiyadan gələn artan təhlükədən danışdığı bir vaxtda nəzərdən keçirilir.

ABŞ və Qərbin hazırkı və keçmiş yeddi yüksəkvəzifəli şəxsin verdiyi məlumata görə, Pentaqon Avropadan Amerika təyyarələrinin, gəmilərinin, silah-sursatının və on minlərlə hərbi qulluqçunun çıxarılmasını nəzərdə tutan radikal planı nəzərdən keçirir.

Lakin bəzi mənbələrin məlumatına görə, Avropadan kontingentin yarısına qədərinin – təxminən 40 min hərbçinin çıxarılması mümkündür.

Əgər plan həyata keçirilərsə, bu, Soyuq müharibənin başa çatmasından sonra ABŞ-ın Avropadakı təxminən 80 min nəfərlik hərbi kontingentində ən böyük ixtisar ola bilər.

Oxşar