“NBC News” – ABŞ administrasiyası Mərkəzi və Şərqi Avropadan ehtimal ki, 10 000-ə qədər amerikalı əsgəri çıxarmağı düşünür

17:36, 08.04.2025

 

ABŞ administrasiyası Mərkəzi və Şərqi Avropadan ehtimal ki, 10 000-ə qədər amerikalı əsgəri çıxarmağı düşünür. Bu barədə məlumatı “NBC News” yayır.

Medianın yazdığı kimi, ABŞ-nin Polşa və Rumıniyada təmsilçiliyinin azaldılmasından söz gedir.

“NBC News”un mənbələri bildiriblər ki, təklif qəbul olunarsa, “Amerika Birləşmiş Ştatlarının Rusiyanı artan təhlükə olaraq görən Avropadakı uzunmüddətli müttəfiqlərini tərk etməsi ilə bağlı qorxunu gücləndirə bilər”.

“Prezident, Amerikanı birinci yerə qoyduğuna əmin olmaq üçün daim yerləşdirmə və prioritetləri nəzərdən keçirir” – ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Brayan Hyuz “NBC News”a müsahibəsində deyib.

Oxşar