Nazi Canezaşvili - orijinal olacam və siyasətə getməyəcəm
Nazi Canezaşvili - orijinal olacam və siyasətə getməyəcəm

Artıq səlahiyyəti tükənməkdə olan Ali Ədliyyə Şurasının qeyri hakim üzvü, Nazi Canezaşvili mdia ilə yekunlaşdırıcı brifinq keçirdi.

O, gələcək planları barəsində danışdı və qeyd etdi ki, təşkilar yaratmağı planlaşdırır və məqsədi məhkəmə sitemində mövcud problemlərin aradan qaldırlması olacaq.

Nazi Canezaşvili Ali Ədliyyə Şurasına qeyri hakim üzv olaraq parlament tərəfindən dörd illiyinə seçilmişdi.

“Bu dörd il ərzində mənim partnyorum media və ictimaiyyət idi. Buna görə istəyirəm mediaya xüsusi minnətdarlığımı bildirəm. Siz olmasanız, məhkəmə sistemində olan problemlər işıqlandırılmayacaqdı və ictimaiyyət bilməyəcəkdi. Mənim planlarıma gəldikdə isə, orijinal olacam və siyasətə getməyəcəm. Məhkəmə sistemi üzrə dərin və fundamental işləməyə qərar verdim. Ölkəmizin məhkəmə sistemində olan durumla barışma və bu mərhələni başa çatdırmaq istəmirəm. Mən təşkilat təsis etməyi planlaşdırıram, təşkilat məhkəmə mövzuları üzrə işləyəcək və bu məsələ üzrə yeni metodlarla işləyəcəm. Bu gün xalqa lazım olan budur. Əsas məqsəddir məhkəmə müstəqil və effektli olsun. Vətəndaşlarımızla inensiv işləməyi planlaşdırıram”, – Canezaşvili bəyan etdi.