Nauru Respublikası işğal olunmuş qondarma Cənubi Osetiya və Abxaziya ilə diplomatik əlaqələri ləğv edib
Gürcüstan Xarici İşlər Nazirliyi 2026-cı il iyulun 21-də Nauru Respublikasının icraedici orqanı – Nauru Kabineti tərəfindən qəbul edilmiş “Nauru Respublikası ilə Cənubi Osetiya Respublikası, həmçinin Alaniya Dövləti kimi tanınan qurum arasında” və “Nauru Respublikası ilə Abxaziya Respublikası arasında” diplomatik münasibətlərin ləğv edilməsi haqqında” qərarı alqışlayır. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunduğu kimi, sözügedən qərar beynəlxalq hüquq normalarına hörmətin və onlara riayət olunmasının sağlam beynəlxalq münasibətlərin əsasını təşkil etdiyini bir daha təsdiqləyir.
“Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibətlər qurmağa və ümumi maraqlar əsasında ikitərəfli əməkdaşlığın fəallaşdırılmasına töhfə verməyə hazır olduğunu bildirir”, – deyə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.