NATO-ya üzv ölkələrin Gürcüstanda akkreditə olunmuş hərbi attaşeləri müdafiə qüvvələrində aparılan cari islahatlarla tanış olublar
NATO-ya üzv ölkələrin Gürcüstanda akkreditə olunmuş hərbi attaşeləri müdafiə qüvvələrində aparılan cari islahatlarla tanış olublar

 

Müdafiə Attaşeləri Assosiasiyasının illik planı çərçivəsində NATO-ya üzv dövlətlərin Gürcüstanda akkreditə olunmuş hərbi attaşeləri Müdafiə Nazirliyinin NATO standartlarıyla transformasiya prosesi və gələcək planları ilə tanış olublar.

Müdafiə Nazirliyinin məlumatında Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini, briqada generalı İrakli Chichinadzenin diplomatları Müdafiə İnstitusional Quruculuq Məktəbində (DİBS) qəbul etdiyi deyilir. O, müdafiə sahəsində sıx və səmərəli əməkdaşlığa görə dəvət olunmuş qonaqlara təşəkkürünü bildirib.

Verilən məlumatda NATO-ya üzv dövlətlərin hərbi attaşelərinə cari il ərzində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələr və islahatlarla bağlı görüşdə məlumat verildiyi bildirilir.

Müdafiə Nazirliyinin nümayəndələri dəvət olunmuş qonaqlara gələn il üçün nəzərdə tutulan tədbirlər barədə də məlumat veriblər. Gürcüstanın Müdafiə Nazirliyi hərbi attaşelərlə sıx əməkdaşlıq edir. Bu cür görüşlər sistemin şəffaflığının yüksək olmasının sübutudur.