NATO və Rusiya arasında danışıqlar bu gün keçiriləcək
Şimali Atlantika Alyansı və Rusiya arasında danışıqlar bu gün keçiriləcək. NATO və Rusiya diplomatları son 18 ay ərzində ilk dəfə görüşəcəklər.
Rusiya nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini, Aleksandr Qruşko rəhbərlik edəcək və o, görüşü Rusiya-NATO münasibətlərində “dönüş nöqtəsi” adlandırıb.
Rusiya hakimiyyəyi Ukrayna və Gürcüstanın NATO-ya qoşulmayacağına və alyansın 2008-ci ildə Buxarest qərarını ləğv edəcəyi barəsində zəmanət tələb edir. Brüsseldə bəyan edirlər ki, heç bir ölkənin Alyansın açıq qapı siyasətinə veto qoymağa hüququ yoxdur və NATO-nun genişlənməsi yalnız suveren dövlətlər və alyansın üzvlərindən asılıdır. Aleksandr Qruşkonun bəyanatına görə, Moskva NATO-dan hərtərəfli cavab tələb edir.