NATO və Avropa İttifaqının İnformasiya Mərkəzinin rəhbəri - İslahatla bağlı spekulyasiyalar prosesin nüfuzdan salınmasına xidmət edir, bu isə islahatın zəruriliyini göstərir
NATO və Avropa İttifaqının İnformasiya Mərkəzinin rəhbəri - İslahatla bağlı spekulyasiyalar prosesin nüfuzdan salınmasına xidmət edir, bu isə islahatın zəruriliyini göstərir

 

Xarici İşlər Nazirliyinin islahatı ilə bağlı yayılmış spekulyasiyalar destruktivlik və prosesin nüfuzdan salınmasına xidmət edir, bu isə cari islahatların zəruriliyini bir daha göstərir – bu barədə NATO və Avropa İttifaqı haqda İnformasiya Mərkəzinin direktoru Tamara Tsuleiskiri sosial şəbəkədə yazır.

Tamara Tsuleiskirinin qeyd etdiyi kimi, Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyası haqda əhalinin bilik və düzgün təsəvvürlərinin artırılması Xarici İşlər Nazirliyinin nizamnaməsinə əsasən tamamilə bu qurumun fəaliyyətinin və onun əsas vəzifələrinin ayrılmaz və tərkib hissəsinə çevrilib.

“İctimaiyyətə artıq məlumdur ki, Xarici İşlər Nazirliyində kompleks islahat aparılır. Struktur dəyişiklikləri həm Xarici İşlər Nazirliyinə, həm də onun sistemində olan publik hüquqi şəxslərə aiddir.

Nazirliyin yeni strukturuna uyğun olaraq, NATO və Avropa İttifaqı haqda İnformasiya Mərkəzinin funksiyalarını nazirliyin mərkəzi aparatının Avropaya inteqrasiya departamenti həyata keçirəcək. Müvafiq olaraq, Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyası haqda əhalinin bilik və düzgün təsəvvürlərinin artırılması artıq nazirliyin nizamnaməsinə əsasən tamamilə qurumun fəaliyyətinin və onun əsas vəzifələrinin ayrılmaz və tərkib hissəsinə çevrilib.

Eyni zamanda, qeyd etmək lazımdır ki, yenidən təşkil prosesi tam şəffaf şəkildə həyata keçirilir və hər bir əməkdaşa cari dəyişikliklər barədə məlumat verilir.

Müvafiq olaraq, Xarici İşlər Nazirliyinin islahatı ilə bağlı yayılmış spekulyasiyalar destruktivlik və prosesin nüfuzdan salınmasına xidmət edir, bu isə cari islahatların zəruriliyini bir daha göstərir” – Tamara Tsuleiskiri yazır.