NATO üzvü doqquz ölkə prezidentinin birgə bəyanatı – biz Ukraynanın gələcək üzvlüyü ilə bağlı 2008-ci il Buxarest sammitinin qərarını qətiyyətlə dəstəkləyirik

15:57, 02.10.2022

NATO-ya üzv olan 9 ölkənin prezidenti Ukraynanın alyansa qoşulmasını dəstəkləyən birgə bəyanat yayır.

Bəyanatda deyilir ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin prezidentləri müharibə zamanı Kiyevə səfər edib və Rusiya təcavüzünün nəticələrini öz gözləri ilə görüblər və bu səbəbdən də Rusiyanın beynəlxalq hüququ kobud şəkildə pozmasına susmaq mümkün deyil.

“Biz Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha təkrar edirik. Biz nə indi, nə də gələcəkdə Rusiyanın Ukraynanın hər hansı ərazisini aneksiya etmək cəhdlərini tanımayacağıq. Biz Ukraynanın gələcək üzvlüyü ilə bağlı 2008-ci il Buxarest sammitinin qərarını qətiyyətlə dəstəkləyirik. Biz Ukraynanı Rusiyanın işğalından müdafiə etməkdə dəstəkləyirik. Biz Rusiyadan dərhal bütün işğal olunmuş ərazilərdən çıxmasını tələb edirik və bütün müttəfiqləri Ukraynaya hərbi yardımı əhəmiyyətli dərəcədə artırmağa çağırırıq. Təcavüz cinayəti törədən hər bir şəxs cavab verməli və cəzalandırılmalıdır”, – prezidentlərin birgə bəyanatında deyilir.

Oxşar