NATO sammiti çərçivəsində Volodimir Zelenski və Karol Navrotski arasında görüş keçirilib
Ankarada NATO sammiti çərçivəsində Ukrayna və Polşa prezidentlərinin görüşü baş tutub.
Bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski yayır.
Zelenskinin qeyd etdiyi kimi, Polşa Prezidenti Karol Navrotski ilə dialoqu davam etdirmək barədə razılığa gəlib.
“Bu, vacib və zəruri söhbət idi. Bir saatdan çox danışdıq. Bizim bir ortaq təhdidimiz Rusiyadır. Qarşılıqlı anlaşmanı, dəstəyi qoruyub saxlamaq və birlikdə hərəkət etmək son dərəcə mühümdür. Ölkələrimizin yalnız möhkəm münasibətlərə ehtiyacı var. Dialoqu davam etdirəcəyimiz barədə razılığa gəldik” — Volodimir Zelenski sosial şəbəkədə yazıb.
Məlumat üçün bildirək ki, Polşa Prezidenti Karol Navrotski Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “Ukrayna Üsyançı Ordusu”nun adını verməsindən sonra Ukrayna Prezidenti Volodimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etmişdi.
“Ukrayna Üsyançı Ordusu” 1943-cü ilin iyul ayında keçmiş Volin voyevodluğunda yerləşən və polyakların məskunlaşdığı təxminən 150 şəhərə, konkret olaraq indiki Ukrayna ərazisindəki Volodimir, Horoxov, Kovel və Lutsk vilayətlərinə koordinasiyalı hücum həyata keçirmişdi.