NATO Parlament Assambleyasında Gürcüstan Parlamentinin daimi nümayəndə heyəti Assambleyanın təşkil etdiyi seminarda iştirak edib
Aprelin 28-30-da Türkiyə Respublikasının Antalya şəhərində NATO Parlament Assambleyası və Türkiyə Parlamentinin təşkilatçılığı ilə Assambleyanın Aralıq dənizi və Yaxın Şərq üzrə Xüsusi Qrupu və İqtisadi Təhlükəsizlik Komitəsinin birgə seminarı keçirilib.
Görüşdə NATO Parlament Assambleyasında Gürcüstan Parlamentinin daimi nümayəndə heyəti Qivi Mikanadzenin rəhbərliyi ilə iştirak edib.
Parlamentin mətbuat xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində Yaxın Şərq və Şimali Afrika regionunda mövcud iqtisadi və təhlükəsizlik çağırışları, terrorizmə qarşı mübarizə və NATO ilə əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin, Qara dəniz regionunun təhlükəsizlik məsələsi və Ukraynada davam edən müharibə vəziyyəti müzakirə olunub.
“Müzakirə çərçivəsində NATO tərəfindən Yaxın Şərq və Şimali Afrika ölkələri ilə müxtəlif formatlarda əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi ehtiyacı, yeni təhlükəsizlik mexanizmlərinin tətbiqi və hibrid çağırışlarla mübarizənin zəruriliyi vurğulanıb.
Qara dəniz regionu ilə bağlı məsələlərin müzakirəsi zamanı qeyd olunub ki, Ukraynada müharibə vəziyyəti səbəbilə Qara dənizdə təhlükəsizlik çağırışları artıb, mövcud vəziyyətdə isə müharibənin hərbi yolla həlli perspektivsiz görünür. Müvafiq olaraq, diplomatik səylərin gücləndirilməsi vurğulanıb. Həmçinin, diskussiya zamanı Gürcüstan və Ukrayna ilə əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsinin zəruriliyi qeyd olunub” – parlamentin mətbuat xidməti tərəfindən yayılmış məlumatda qeyd olunub.
Onların məlumatına əsasən, nümayəndə heyətinin rəhbəri Qivi Mikanadze çıxışı zamanı Gürcüstanda aprelin 28-də açılmış “NATO-Gürcüstan Təlimləri 2025” barədə danışıb. Qivi Mikanadze birgə təlimlərin əhəmiyyəti və NATO-Gürcüstan münasibətləri mövzusunda danışıb.
Gürcüstan Parlamentinin nümayəndə heyətinin üzvü Mariam Laşxi panel müzakirəsində iştirakı zamanı Gürcüstan tərəfindən kritik infrastrukturun qorunması istiqamətində atılmış konkret addımları vurğulayıb və bu prosesdə beynəlxalq dəstək zəruridir.
Tədbirdə 35 ölkənin parlament və beynəlxalq təşkilatın 121 nümayəndəsi iştirak edib.