NATO oktyabrın 14-dən illik nüvə təlimlərinə başlayır

17:25, 10.10.2024

 
Şimali Atlantika Müqaviləsi Təşkilatı bazar ertəsindən illik nüvə təlimlərinə başlayır. “Reuters” agentliyi məlumatı alyansın baş katibi Mark Rutteyə istinadən yayır.

“Qeyri-müəyyən bir dünyada düşmənlərimizin NATO-nun istənilən təhlükəyə cavab verməyə hazır olduğunu və qadir olduğunu bilməsi üçün müdafiəmizi sınaqdan keçirməyimiz və gücləndirməyimiz çox mühümdür. Təlimlər xüsusilə Birləşmiş Krallığa, Şimal dənizinə, lakin eləcə də Belçika və Niderlanda fokuslanmış olacaq” – Mark Rutte bildirir.

Belçika və Niderlandın ev sahibliyi etdiyi NATO-nun “Steadfast Noon” təlimlərində F-35A döyüş təyyarələri və B-52 bombardmançı təyyarələri iştirak edəcək. Təlim bazar ertəsi başlayacaq və iki həftə ərzində davam edəcək.

Oxşar