NATO-nun yubiley sammitində Gürcüstan nümayəndə heyətinə İlia Darçiaşvili rəhbərlik edəcək
İyulun 9-11-də Gürcüstan NATO-nun Vaşinqtonda keçirilməsi planlaşdırılan yubiley sammitində iştirak edəcək.
Gürcüstan nümayəndə heyətinə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili rəhbərlik edəcək. Nazir həmçinin iyulun 10-da tərəfdaş ölkələr formatında xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.
Bundan əlavə, İlia Darçiaşvili sammit çərçivəsində planlaşdırılan digər tədbirlərdə iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, sammitin proqramına əsasən, xarici işlər nazirləri səviyyəsində tərəfdaş ölkələrin iştirakı nəzərdə tutulub. Müvafiq olaraq, xarici işlər naziri Vaşinqtonda keçiriləcək sammitdə iştirak etmək üçün Gürcüstandan dəvət olunub.
Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.