NATO-nun şərq cinahını gücləndirmək üçün, ABŞ Avropaya ehtiyat qüvvələr göndərəcək
NATO-nun şərq cinahını gücləndirmək üçün, ABŞ Avropaya ehtiyat qüvvələr göndərəcək.
ABŞ prezidenti, Co Baydenin əmri ilə, ehtiyat qüvvələrin 3000 əsgəri “Atlantic Resolve” əməliyyatına cəlb olunacaq.
“Bu, Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni və əsassız müharibəsi qarşısında NATO-nun şərq cinahını müdafiə etmək üçün sarsılmaz dəstəyimizi və öhdəliyimizi bir daha təsdiqləyir”, – ABŞ ordusunun Birləşmiş Qərargah Rəislərinin Əməliyyatlar üzrə direktoru, Duqlas Sims bəyan etdi.
ABŞ-ın Avropa Komandanlığı bu yeni səlahiyyətdən ABŞ-ın NATO-nun kollektiv təhlükəsizliyinə sadiqliyini davam etdirmək üçün istifadə etməyə hazırlaşır.