NATO-nun müdafiə nazirləri gürcü və ukraynalı həmkarları ilə virtual görüş keçirəcək
NATO-nun müdafiə nazirləri gürcü və ukraynalı həmkarları ilə virtual görüş keçirəcək

Yanvarın 12-13-də NATO-ya üzv ölkələrin Müdafiə nazirlərinin Hərbi Komitəsinin iclası keçiriləcək.

Şimali Atlantika Alyansının mətbuat xidmətinin məlumatına görə, yanvarın 13-də alyansa üzv ölkələrin müdafiə nazirləri Gürcüstan və Ukraynanın Müdafiə nazirləri ilə görüş keçirəcəklər.

Görüş virtual rejimdə keçiriləcək. Mətbuat xidmətinin məlumatına görə, virtual görüşdə Gürcüstan və Ukraynada təhlükəsizlik vəziyyəti və müdafiə sahəsində aparılan islahatlar müzakirə olunacaq.