NATO-nun hava hücumundan müdafiə sistemləri Türkiyəyə atılan İran raketini vurublar
Türkiyə Müdafiə Nazirliyinin məlumatına əsasən, NATO-nun hava hücumundan müdafiə sistemləri Türkiyənin hava məkanına doğru uçan İran raketini məhv ediblər.
Nazirlik hadisə nəticəsində heç kimin xəsarət almadığı haqda bəyanat yayır.
Həmçinin, bəyanatda raketin “İraq və Suriya hava məkanından keçərək Türkiyənin hava məkanına doğru hərəkət edərkən qeydə alındığı” qeyd edilib.
“Bütün tərəfləri regionda münaqişənin daha da yayılmasına səbəb ola biləcək istənilən addımdan çəkinməyə çağırırıq” – Türkiyənin Müdafiə Nazirliyinin bəyanatında deyilir.