NATO-nun Birləşmiş Qüvvələrinin Təlim Mərkəzinin komandanı, general-mayor Boqdan Ritserski Gürcüstanda səfərdə olub
NATO-nun Birləşmiş Qüvvələrinin Təlim Mərkəzinin (JFTC) komandanı, general-mayor Boqdan Ritserski Gürcüstanda işgüzar səfərdə olub.
Müdafiə Nazirliyinin məlumatına əsasən, səfər çərçivəsində general Müdafiə Qüvvələrinin komandanının müavini, general-mayor İrakli Cicinadze ilə görüşüb.
“Tərəflər Gürcüstan Müdafiə Qüvvələrinin imkanları və əməkdaşlığın inkişaf perspektivləri haqda danışıblar.
NATO-nun Birləşmiş Qüvvələrinin Təlim Mərkəzinin komandanına NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi (JTEC) ev sahibliyi edib. Krtsanisiyə səfəri zamanı JTEC-in komandanı, polkovnik Davit Qaqua general-mayor Boqdan Ritserskiyə məlumat brifinqi təqdim edib və onu mərkəzin tarixi, məqsədləri, vəzifələri, həyata keçirilən layihələri və planları ilə tanış edib. Görüşdə təlim mərkəzləri arasında mövcud olan çoxillik səmərəli əməkdaşlıq və JTEC-in inkişafı prosesində JFTC tərəfindən göstərilən mühüm dəstək vurğulanıb.
Məlumat brifinqi başa çatdıqdan sonra NATO-nun Məsləhətçilər Qrupunun rəhbəri, vitse-polkovnik Per İvar Pedersen və baş serjant İakob Yensenin yola salınma mərasimi də keçirilib.
Müdafiə Qüvvələrinin komandanının müavini, general-mayor İrakli Cicinadze, həmçinin JTEC və JFTC komandanları NATO-nun Məsləhətçilər Qrupunun nümayəndələrinə Gürcüstan və NATO arasında hərbi əməkdaşlığın inkişafına verdikləri töhfəyə görə təşəkkür edib və xatirə hədiyyələri təqdim ediblər.
Səfər çərçivəsində NATO-nun Birləşmiş Qüvvələrinin Təlim Mərkəzinin (JFTC) komandanı JTEC-in tərkibindəki Döyüş Hazırlığı Mərkəzində də (CTC) olub” – Müdafiə Nazirliyinin məlumatında deyilir.