NATO-nun baş katibinin xüsusi nümayəndəsi NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində olub
NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Kevin Hamilton Gürcüstana səfəri çərçivəsində Krtsanisidə NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzini (JTEC) ziyarət edib.
Müdafiə nazirinin birinci müavini Paata Patiaşvili, Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Cicinadze və mərkəzin nümayəndələri onu qəbul ediblər.
Xüsusi keçirilən brifinqdə Kevin Hamiltona JTEC-in tarixi, missiyası, strukturu, inkişafı, həyata keçirilən və gələcək layihələri haqqında məlumat verilib.
NATO-nun baş katibinin xüsusi nümayəndəsi mərkəzin infrastrukturuna baxış keçirib və onun müasir imkanları ilə tanış olub.