NATO-nun baş katibi Yens Stoltenberq mayın 17-də ABŞ prezidenti Donald Tramp ilə görüşəcək.
Donald Tramp Yens Stoltenberqi Bəyaz Evdə qəbul edəcək.
Bəyaz Evin mətbuat xidməti tərəfindən yayılan məlumata görə, liderlər iyulda planlaşdırılan NATO sammiti haqqında və həmçinin, alyansın və ABŞ-ın perspektivləri və alyansla münasibətlərində əldə etdikləri nailiyyətləri müzakirə edəcəklər.
Xatırladırıq ki, ABŞ prezidenti alyansla bağlı bir neçə kəskin bəyanat vermişdi.
Donald Tramp tələb edir ki, NATO-nun üzv ölkələri hərbi xərcləri tam daxili məhsulun 2%-nə qədər artırsınlar.