NATO-nun 15 üzv ölkəsi Avropanın hava hücumundan müdafiə sistemini yeniləşdirilməsi üzrə razılaşdı
NATO-nun 15 üzv ölkəsi Avropanın hava hücumundan müdafiə sistemini yeniləşdirilməsi üzrə razılaşdı.
Qeyd olunan ölkələrin Müdafiə nazirləri NATO-nun Brüsseldə keçirilən toplantısı çərçivəsində Avropanın “Göy Qalxanı” təşəbbüsü ilə bağlı bəyannamə imzaladılar.
Proqrama Almaniya, Böyük Britaniya, Slovakiya, Norveç, Latviya, Macarıstan, Bolqarıstan, Belçika, Çexiya, Finlandiya, Litva, Hollandiya, Rumıniya və Sloveniya qoşulub. Qeyd olunduğu kimi, layihə Avropanın hazırkı müdafiə qalxanındakı boşluqların aradan qaldırılmasına imkanlar yaradacaq.
Qərb mediası yazır ki, məsələn, öz trayektoriyası ilə böyük zirvələrə çatan ballistik raketlər sahəsində, eləcə də təyyarələrdən və qanadlı raketlərdən müdafiədə problemlər var. Diplomatların dediyinə görə, Estoniya da layihədə iştirak etmək istəyir.