NATO İraqda təlim missiyasının genişləndirilməsini planlaşdırır. Bu barədə aliyansın baş katibi, Yens Stoltenberq NATO-nun ministerialında bəyan etdi.
Onun dediyinə görə, Yaxın Şərq bölgəsində cari ağır prosseslər fonunda Aliyans tərfindən NATO-nun təlim missiyasının genişləndirilməsi vacibdir. Təlim bazaları əsaləvə olaraq İraq və İordaniyada yerləşdiriləcək.
Almaniya Müdafiə naziri, Ursula Fon Der Layen bəyan etdi ki, təlim bazasının İraq Kürdüstanının paytaxtı, Erbildə də yerləşdirilməsi məqsədyönlüdür.
İraqa yollanan hərbi kontinqentin nə qədər üzvdən ibarət olması hələlik məlum deyil. Amerika mətbuatının məlumatına görə, missiyaya ən azı 200 hərbiçi əlavə olacaq.