NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində təlimlərin planlaşdırılması kursu açılıb
NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində təlimlərin planlaşdırılması kursu açılıb

 

Krtsanisidə Təlim və Hərbi Təhsil Komandanlığının NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) NATO-nun “Təlimlərin planlaşdırılması kursu” (NATO Exercise Planning Course 2025) açılıb.

Müdafiə Qüvvələri komandanının müavini, general-mayor İrakli Cicinadze və JTEC-in komandanı polkovnik Davit Qaqua beynəlxalq kursun açılışını ediblər. Çıxışlarda kursun əhəmiyyətindən danışıb, iştirakçılara uğur arzulayıblar.

Bir həftəlik kursda NATO-ya üzv və tərəfdaş ölkələrin nümayəndələri iştirak edirlər. 34 iştirakçıdan 16-sı gürcü, 18-i isə əcnəbi tələbədir. Onlar NATO-nun doktrinasına əsasən NATO-nun təlimlərinin planlaşdırılması prosesi ilə tanış olacaqlar. Təlimlər başa çatdıqdan sonra isə onlara NATO-nun sertifikatları veriləcək.

Təlim pilot rejimdə JTEC-də keçən ilin oktyabrında keçirilib. Bu il isə “Təlimlərin planlaşdırılması kursu” NATO tərəfindən akkreditə olunmuş digər təhsil müəssisələri kimi JTEC-də keçirilir. NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi (JTEC) Substantiv NATO-Gürcüstan paketinin (SNGP) müdafiə imkanlarının inkişafı təşəbbüslərindən biridir.

Məlumatı Müdafiə Nazirliyi yayır.