NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində NATO-nun Hərbi Polisinin Çoxmillətli Batalyonunun komanda-qərargah kompüter təlimi başlayıb

15:50, 29.09.2026

 

Gürcüstanın Müdafiə İdarəsi NATO-nun Hərbi Polisinin Çoxmillətli Batalyonunun “SHARP LYNX 2026” kompüter təliminə ev sahibliyi edir. Təlimin açılış mərasimi NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) keçirilib.

Tədbirdə Müdafiə Qüvvələrinin komandanının müavini, general-mayor İrakli Cicinadze, Hərbi Polis Departamentinin rəisi, müdafiə general-mayoru Şalva Şenqelia və JTEC-in komandanı, polkovnik Davit Qaqua iştirak edib və təlim iştirakçılarına uğurlar arzulayıblar.

Təlim başa çatdıqdan sonra Gürcüstan Müdafiə Qüvvələrinin Hərbi Polisinin imkanları qiymətləndiriləcək. “SHARP LYNX 2026” NATO-nun Hərbi Polisinin Çoxmillətli Batalyonuna üzvlük üçün qəbul edilmiş yol xəritəsinə əsasən sonuncu tədbirdir. NATO-Gürcüstan Əsas Paketi (SNGP) çərçivəsində keçirilən təlimin məqsədi çoxmillətli mühitdə qarşılıqlı uyğunlaşma, qərargah prosedurları, koordinasiya və idarəetmə imkanlarını daha da təkmilləşdirməkdir. Təlimdə Gürcüstan, Polşa, Çexiya, Slovakiya, Xorvatiya və Macarıstanın hərbi polis bölmələrinin nümayəndələri iştirak edirlər.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.

Oxşar