NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində müşahidəçi-nəzarətçilərin beynəlxalq kursu başa çatdı
NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində müşahidəçi-nəzarətçilərin beynəlxalq kursu başa çatdı

NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) müşahidəçi-nəzarətçilərin (IOCT) beynəlxalq kursu başa çatdı.

Müdafiə Nazirliyindən verilən məlumata görə, beş ölkədən 14 nümayəndənin iştirak etdiyi kurs iki fazada keçirildi. Nəzəri hissədə dinləyicilər müşahidəçi-nəzarətçinin funksiyaları və vəzifələri, eləcə də əməliyyat mühitinin dəyişənləri və fəaliyyətdən sonrakı baxışın aparılması üsulları ilə tanış oldular.

Hərbçilər Norio təlim bazasında praktiki mərhələdən keçdilər, buarada da kursantlara təlim xətləri qurmaq və həqiqi taqım ölçülü bölməni müşahidə etmək imkanı verildi. Litvalı zabitlər gürcü təlimatçılarla birlikdə beş günlük təlimə rəhbərlik edirdilər.

NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin komandanı, polkovnik Davit Qaqua kursantları kursu keçmələri münasibətilə təbrik etdi və onlara uğurlar arzuladı. JTEC-də keçirilən tədbirin sonunda məzunlara sertifikatlar verildi.