NATO Ermənistanla əməkdaşlığın yeni sənədini imzalamağı planlaşdırır
NATO Ermənistanla əməkdaşlığın yeni sənədini imzalamağı planlaşdırır

 

NATO Ermənistanla əməkdaşlığın yeni sənədini imzalamağı planlaşdırır.

NATO baş katibinin müavini Radmila Şekerinska Ermənistanın müdafiə sektorundakı islahatları Ermənistanın müdafiə naziri Suren Papikyanla müzakirə etdiyini bildirib.

“Ermənistanın Kosovoda NATO qüvvələrinə töhfəsini yüksək qiymətləndirirəm. Biz islahatları dəstəkləməyə hazırıq və gələn il tərəfdaşlığımızın yeni çərçivə sənədi barədə razılığa gələcəyimizə ümid edirik” – Radmila Şekerinska sosial şəbəkədə yazır.