NATO Dağlı Qarabağ münaqişəsi zonasında hərbi hərəkətlərinə görə, narahatlığını ifadə edir
Şimali Atlantik Aliyansı Dağlı Qarabağ münaqişəsi zonasında geniş miqyaslı hərbi hərəkətlərinə görə, dərin narahatlığını ifadə edir, – bu barədə Qafqaz və Mərkəzi Asiyada NATO-nun baş katibinin xüsusi nümayəndəsi, Ceyms Apaturayın bəyanatında deyilir.
“Tərəflər dönmədən hərbi qarşıdurmanı dayandırmalıdılar. Bu münaqişənin həll üçün hərbi qərar mövcud deyil. Münaqişənin sülh yolu ilə həlli üçün tərəflər danışıqları davam etdirməlidilər. NATO ATƏT-in Minsk Qrupunun işini dəstəkləyir”, – bəyanatda deyilir.
Xatırladaq ki, Dağlıq Qarabağın münaqişəli zonasında vəziyyət bu gün səhərdən gərginləşdi. Ermənistan və Azərbaycan vəziyyətin eskalasiyasında və atəşin açılmasında bir-birini günahlandırır.