NATO-da bildiriblər ki, Alyans bütün müttəfiqlərini qoruyacaq və istənilən təhlükənin öhdəsindən gəlməyə hazırdır
NATO-da bildiriblər ki, Alyans bütün müttəfiqlərini qoruyacaq və istənilən təhlükənin öhdəsindən gəlməyə hazırdır.
Bu açıqlama “Financial Times”ın İranın ABŞ Prezidenti Donald Tramp müharibəni eskalasiya edəcəyi təqdirdə Avropadakı ABŞ hərbi obyektlərinə hücum imkanlarını nəzərdən keçirdiyi barədə məlumatından sonra səslənib.
“NATO-nun hava hücumundan müdafiə sistemlərinin bu ilin əvvəlində İrandan Türkiyəyə doğru atılan ballistik raketləri dörd ayrı halda uğurla ələ keçirməsi göstərdi ki, bizim çəkindirmə və müdafiə mövqeyimiz güclü və effektivdir”, – deyə NATO nümayəndəsi CNN-ə bildirib