NATO – biz bütün ölkələrin öz gələcəyini və xarici siyasətini kənar müdaxilə olmadan həll etmək hüququnu dəstəkləyirik
Biz bütün ölkələrin öz gələcəyini və xarici siyasətini kənar müdaxilə olmadan həll etmək hüququnu dəstəkləyirik. Bu barədə Şimali Atlantika Şurası tərəfindən dərc olunan bəyanatda deyilir.
Şura Rusiya qüvvələrinin Ukrayna sərhədləri boyunca əsassız səfərbər edilməsindən narahatdır və Rusiyanı vəziyyəti dərhal sakitləşdirməyə çağırır.
“Biz mövcud vəziyyətin nəticələrini Alyansın təhlükəsizliyi üçün ciddi qəbul edirik. Biz həmişə təhlükəsizlik mühitimizin hər hansı pisləşməsinə, o cümlədən lazım gələrsə, kollektiv müdafiə mövqelərimizi gücləndirməklə lazımi şəkildə cavab verəcəyik. NATO Alyansın bütün üzvlərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək”, – bəyanatda deyilir.
Şimali Atlantika Şurasının bəyanatında həmçinin qeyd olunur ki, NATO Rusiya ilə məntiqli dialoqa hazırdır.
“Bizim üçün Rusiyanın Avropa təhlükəsizliyi ilə bağlı təklifləri məlumdur. Rusiya ilə istənilən dialoq NATO-nun Rusiyanın hərəkətləri ilə bağlı narahatlığını nəzərə almaqla ikitərəfli əsasda aparılmalı, həmçinin fundamental Avropa təhlükəsizlik prinsipləri və sənədlərinə əsaslanmalıdır və NATO-nun Avropalı partnyorları ilə məsləhətləşmələr əsasında keçirilməlidir. Əgər Rusiya gərginliyi azaltmaq üçün konkret addımlar atsa, biz etimadın möhkəmləndirilməsi tədbirləri üzərində işləməyə hazırıq. ATƏT həmçinin relevant platformadır”, – Şimali Atlantika Şurasının bəyanatında deyilir.
Xatırladaq ki, ona qədər Tusiya prezidenti, Vladimir Putin bəyan etdi ki, Moskva NATO-dan dialoqun başlamasını tələb edir, hansı da Rusiya üçün təhlkəziliyin uzunmüddətli zəmanətlərin verilməsini nəzərdə tutur.
Moskvanın konkret təklifləri bu həftə Rusiya və Brüsseldə səfərfə olan ABŞ-ın dövlət katibinin köməkçisi KAren Donfridə verildi.