NATO “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğramasının səbəblərini müəyyən etmək üçün tam istintaq aparılması çağırışı ilə çıxış edir
NATO “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğramasının səbəblərini müəyyən etmək üçün tam istintaq aparılması çağırışı ilə çıxış edir.
Şimali Atlantika Alyansının baş katibinin mətbuat katibi Fara Dahlala məyusluğunu ifadə edib, həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, yaralananların isə tezliklə sağalmasını arzulayıb.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarə dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayıb. Laynerin göyərtəsində 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. 38 nəfər həlak olub.
Azərbaycan tərəfinin qeyri-rəsmi məlumatına əsasən, Bakıdan Qroznıya reys həyata keçirən təyyarəyə dronların istiqamətində buraxılmış rus raketi dəyib, bundan sonra da zədələnmiş hava gəmisi son olaraq Qazaxıstana yönləndirilib, lakin təyinat yerinə gedib çata bilməyib və qəzaya uğrayıb.