Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava özünü təcrid edib.
Bu barədə idarə tərəfindən yayılan məlumatda deyilir. Elə onların məlumatına görə, səbəb virusa yoluxanla yaxın kontaktdır.
“Virusa yoluxanla kontakta görə, Gürcüstanın iqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava özünü təcrid edib. Bu mərhələdə onda koronavirusa məxsus hansısa simptom qeydə alınmır və özünü yaxşı hiss edir”, – Nazirliyin bəyantında deyilir.