Natiya Turnava - "NamaxvanSES" ilə bağlı pozitiv proses var, konsesua qədər mütləq çatacağıq
“NamaxvanSES” ilə bağlı, Avropalı mediatorların qoşulması ilə çox pozitiv proses var, dövlət ilk addımını atdı, indi etiraz hərəkatı liderlərindən müsbət addımlar gözləyirik, – bu barədə Gürcüstan İqtisadiyyat naziri, Natiya Turnava bəyan etdi.
Elə onun dediyinə görə, Avropa İttifaqının Energetika İttifaqının mübahisələrin həlli və danışıqlar mərkəzinin qoşulması ilə görüş bu gün onlayn formatda keçiriləcək.
“Avropalı mediatorların qoşulması ilə çox pozitiv proses aparılır. Bu mediasiya formatında bir neçə gün bundan əvvəl ilk görüş keçirildi. Bu gün eyni tərkiblə görüş davam edir onlayn formatda. Nəticə oldu ki, dövlət ilk addımını atdı. DİN dəmir divarlarının demontajını etdi. İndi etiraz hərəkatı liderlərindən müsbət addımlar gözləyirik. Həmçinin müxtəlif hüquq və qanunvericilik müdafiə olunmuş olacaq, o cümlədən özəl mülkiyyət hüququ. Yolların təcridi olmayacaq. Belə bir hissim var ki, konsesua qədər mütləq çatacağıq. Proses pozitiv şəkildə gedir”, – Natiya Turnava bəyan etdi.