Natiya Turnava mədənçiləri peşə günü münasibətilə təbrik etdi

14:00, 29.08.2021

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava mədənçiləri peşə günü münasibətilə təbrik etdi.

“Mədənçilərimizi xüsusi sevgi və hörmətlə bu günki gün münasibətilə təbrik edirəm. Siz etdiyiniz iş bütün gürcüstan üçün əhəmiyyətlidir”, – nazir bəyan etdi.

Natiya Turnava Tğibulidə mütəşəkkil, cədvələ müvafiq olaraq həyata keçirilən “Saknaxşiri” əməkdaşlarının vaksinasiyasına əks səda verdi.

“Pandemiya bütün dünya üçün ən çətin çağırışdır. Requlasiyaların müdafiəsi və insanların sağlamlığının qayğısına qalmaq bizim hər şeydən əvvəl məqsədimizdir. Bizim bütün resurslarımız virusun yayılmasının prevensiyasına yönəldilib. Bu baxımından kütləvi vaksinasiya ən əhəmiyyətlisidir. Əminən biz birlikdə bacaracağıq pandemyanı dəf edək və gələn il mədənçi gününü daha da təntənəli keçirək.

Sevinirəm ki, yaranmış vəziyyətə baxmayaraq müəssisə irəli gedir, premyalar sistemi işə düşdü və mədənçilərin maaşı önəmli şəkildə artdı, yeni kadrların qəbulu və əməkdaşların hazırlanması baş verir, əmək təhlükəsizliyinə xüsusi diqqət yetirilir və bir sıra mühüm dəyişikliklər planlaşdırılıb”, – İqtisadiyyat və Davamlı İnkişaf naziri qeyd etdi.

Oxşar