Natiya Turnava - hökumət dəyişikliyi barəsində müzakirələrə heç bir əsasımız yoxdur
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnavanın bəyan etdiyinə görə, hökumət dəyişikliyi barəsində müzakirələrin heç bir əsası mövcud deyil.
Turnavanın jurnalistlərə bəyan etdiyinə görə, Giorgi Qaxariya hökumətə çox yaxşı rəhbərlik edir.
“Versiyalarınızı təsdiq etmirəm, bunu daha çox qara PR və PR fərziyyə kimi hesab edirəm, çünki heç bir əsasımız yoxdur ki, bu gün hökumət dəyişikliyi barəsində müzakirələr aparaq. Cənab Giorgi Qaxariya hökumətə çox yaxşı rəhbərlik edir”, – Natiya Turnava bəyan etdi.