Natiya Mezvrişvili hökumət administrasiyası rəhbəri vəzifəsini tərk etdi
Natiya Mezvrişvili hökumət administrasiyası rəhbəri vəzifəsini tərk etdi

Natiya Mezvrişvili hökumət administrasiyası rəhbəri vəzifəsini tərk etdi.

Bu barədə Mezvrişvili öz “feysbuk” səhifəsində yazdı.

“13 illik həddindən artıq maraqlı və çağırışlarla dolu fəaliyyətimdən sonra, bu gün dövlət xidmətini tərk etdim. Bir çox il ərzində bərabər işlədiyim hər bir dövlət işçisinə minnətdarlığımı bildirmək istəyirəm. Hamıya təşəkkürlər – hökumətdə, Parlamentdə, siyasətdə və ya siyasətdən kənarda olanlara, beynəlxalq partnyorlara, QHT-lərə, jurnalistlərə və hamıya kimlərlə də bərabər işləmişəm.

Tamamilə tanımadığı bir insana, mənə etimad göstərdiyinə görə və bir çox yaxşı iş görməyimə imkanlar yaradan Qaxariyaya, xüsusi minnətdarlığımı bildirirəm. Ümid edirəm, harada olsam da, ölkənin tərəqqisi və uğuru üçün faydalı işlər görməyi bacaracam”, – Natiya Mezvrişvili yazır.