Gürcüstanda koronavirusun 1 791 yeni halı qeydə alındı, 2 413 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 791 yeni halı qeydə alındı, 2 413 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 1 824 yeni halı qeydə alındı. Bu barədə hökumət administrasiyasının rəhbəri, Natiya Mezvrişvili hökumət administrasiyasında keçirilən brifinqdə bəyan etdi.

Gürcüstanda bu vaxt üçün koronavirusun 40 727 halı təsdiq olunub. Buradan 25 104 vətəndaş sağalıb.

Gürcüstanda koronavirusdan daha 28 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 335-ə çatdı.

Karantin rejimində 3 007 vətəndaş, stasionarda müşahində altında 4 188 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 2 204 insan qalmaqdadır.

Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 1 673 yeni halı aşkar edildi, 2881 pasiyent sağaldı.