Natia Turnava - Yaxın zamanda Gürcüstana Beynəlxalq Valyuta Fondunun missiyası gələcək və gələcək əməkdaşlığın əsas məsələləri üzrə daha məzmunlu müzakirəmiz olacaq
ABŞ-da BVF və Dünya Bankının yaz görüşləri çərçivəsində Beynəlxalq Valyuta Fondunun icraçı və alternativ direktorları ilə görüş keçirdik – bu barədə Gürcüstan Milli Bankının prezidenti Natia Turnava Beynəlxalq Valyuta Fondunun icraçı direktoru İerun Klik və alternativ direktor Marniks van Reislə görüşdən sonra bildirib.
“Gürcüstanda mövcud makroiqtisadi vəziyyət və gələcək əməkdaşlığın perspektivləri barədə danışdıq. Həmçinin, yaxın zamanda Gürcüstana gələcək növbəti missiya haqqında da danışdıq və gələcək əməkdaşlığın əsas məsələləri üzrə daha məzmunlu müzakirəmiz olacaq” – Natia Turnava bildirib.
Həmçinin, görüşdə maliyyə naziri Laşa Xutsişvili, Gürcüstan Milli Bankının vitse-prezidentləri – Ekaterine Mikabadze və Ekaterine Qaldava, eləcə də maliyyə və iqtisadiyyat nazirinin müavinləri iştirak edirdilər.
Beynəlxalq Valyuta Fondunun icraçı direktoru İerun Klik missiya çərçivəsində Gürcüstana səfərini səbirsizliklə gözlədiyini bildirib.