Natia Turnava - Valyuta ehtiyatlarının alınması baxımından bu il rekord olacaq
Bu il beynəlxalq ehtiyatların alınması baxımından ən yaxşı ildir – bu barədə Milli Bankın prezidenti Natia Turnava beynəlxalq valyuta ehtiyatlarının artımından danışarkən deyib.
Gürcüstan Milli Bankının məlumatına əsasən, iyulda Milli Bank “Bmatch” platformasında həyata keçirilən intervensiyalar nəticəsində valyuta ehtiyatlarını 416.9 milyon dollarla doldurub və ölkənin beynəlxalq ehtiyatlarının həcmi iyul ayına olan vəziyyətə görə 5.0 milyard dolları ötür.
Bununla yanaşı, Natia Turnava bildirib ki, ehtiyatların aktiv alışı avqustda da davam edir, valyuta ehtiyatlarının alınması baxımından, bu il rekord olacaq.
“Artan iqtisadiyyat və ilk növbədə, Gürcüstanda xarici valyutanın əsas idxalçıları olan ixrac sektorları əsas rol oynayır. Bu, turizm və digər xidmət və əmtəə ixracıdır. Əlbətdə, bu baxımdan çox cəlbedici olan ümumiyyətlə, sabit vəziyyət vurğulanmalıdır. Bu baxımdan etibarlı proqnozumuz var” – Natia Turnava qeyd edib.
Gürcüstan Milli Bankının məlumatına əsasən, 2025-ci ildə Milli Bank tərəfindən həyata keçirilən valyuta intervensiyaları belə görünür:
Yanvar-fevral – “Bmatch”lə xalis alış həyata keçirilməyib; Mart – “Bmatch”lə xalis alış 101.7 milyon ABŞ dolları; Aprel – “Bmatch”lə xalis alış 266.4 milyon ABŞ dolları; May – “Bmatch”lə xalis alış 245.4 milyon ABŞ dolları; İyun – “Bmatch”lə xalis alış 266.0 milyon ABŞ dolları; İyul – “Bmatch”lə xalis alış 416.9 milyon ABŞ dolları;
Gürcüstan Milli Bankının məlumatına əsasən, valyuta bazarında həyata keçirilən əməliyyatlar haqqında yenilənmiş məlumatı 2025-ci ilin sentyabrın 25-də dərc edəcəklər.