Natia Turnava - "Tbilisi Maliyyə Sammiti" çərçivəsində 50-dən çox ölkənin 1000-ə qədər nümayəndəsinə ev sahibliyi edəcəyik
Natia Turnava - "Tbilisi Maliyyə Sammiti" çərçivəsində 50-dən çox ölkənin 1000-ə qədər nümayəndəsinə ev sahibliyi edəcəyik

 

“Tbilisi İpək Yolu Forumu” çərçivəsində ilk dəfə olaraq “Tbilisi Maliyyə Sammiti” keçiriləcək.

Milli Bank, İqtisadiyyat Nazirliyi və Sinqapur Qlobal Maliyyə və Texnologiya Şəbəkəsinin (GFTN) birgə təşkil etdiyi sammitdə dünyanın müxtəlif ölkələrinin mərkəzi banklarının birinci şəxsləri və maliyyə sektorunun liderləri, iri şirkətlərin nümayəndələri və ekspertlər iştirak edəcəklər.

Gürcüstanın Milli Bankının prezidenti Natia Turnavanın izahatına görə, sammitdə 1000-ə qədər nümayəndə iştirak edəcək.

“Tbilisi Maliyyə Sammiti” Gürcüstana 50-dən çox ölkədən gələcək 1000-ə qədər qonağa ev sahibliyi edəcək. Onların arasında maliyyə sənayesinin liderləri və biznes sektor təmsil olunacaq. Müzakirə “İpək Yolu Forumu” formatında keçiriləcək və Avropa ilə Asiya arasında birləşdirici dəhliz kimi regionumuzu əhatə edəcək. Gürcüstanı təkcə logistika, ticarət və enerji mərkəzinə deyil, həm də region üçün maliyyə mərkəzinə çevirmək imkanımız və ambisiyamız var” – Natia Turnava bildirib.

Tədbir oktyabrın 22-23-də keçiriləcək. Milli Bankın məlumatına əsasən, sammit iştirakçıları ən son maliyyə yeniliklərini, regional inkişaf perspektivlərini və beynəlxalq maliyyə əməkdaşlığını müzakirə etmək imkanına malik olacaqlar.