Natia Turnava Qara Dəniz Ticarət və İnkişaf Bankının İdarəçilər Şurasının görüşündə iştirak edib
Natia Turnava Qara Dəniz Ticarət və İnkişaf Bankının İdarəçilər Şurasının görüşündə iştirak edib

 

Gürcüstan Milli Bankının prezidenti Natia Turnava Ermənistanın paytaxtı Yerevanda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) İdarəçilər Şurasının 27-ci görüşündə iştirak edib.

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan tədbirin qonaqlarını salamlayıb.

Açıq sessiya həmçinin İdarəçilər Şurasının sədri, Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) prezidenti Serhat Kosalinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC) ilə əlaqəli qurumların və müşahidəçi təsisatların nümayəndələrinin çıxışlarını əhatə edirdi.

Natia Turnavanın bəyanatına əsasən, geosiyasi çağırışlar ötən illəri xüsusilə regionda inkişaf edən hadisələrdən ən çox asılı olan bank üçün çətin keçilən dövrə çevirib.

“Buna görə də bankın və onun məsul səhmdarlarının səylərini hörmətlə qeyd etmək vacibdir. İnanıram ki, səhmdarlar bu prosesi indiyədək bizim birgə səylərimizi xarakterizə edən eyni məsuliyyət, ehtiyat və sədaqətlə idarə etməyə davam edəcəklər” – Natia Turnava qeyd edib.

Ermənistanda keçirilən görüşlərdə həmçinin maliyyə nazirinin müavini Ekaterine Quntsadze iştirak edirdi.

BSTDB-nin İdarəçilər Şurasının 27-ci görüşü çərçivəsində biznes forum keçirilib. Forumun əsas müzakirə mövzuları Qara dəniz regionunda kiçik iqtisadiyyatlar üçün dayanıqlılığın dəstəklənməsi və BSTDB ilə tərəfdaşlıq çərçivəsində baxış və təcrübə mübadiləsi ilə bağlı olub.

Ermənistan Respublikasının Prezidenti Vahaqn Xaçaturyan biznes forumun açılışını təntənəli çıxışla edib.

Tədbirdə müxtəlif ölkələrin hökumət və mərkəzi banklarının yüksək vəzifəli şəxsləri, beynəlxalq qurumların və işgüzar dairələrin nümayəndələri iştirak edirdilər.

Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) beynəlxalq maliyyə institutudur. Albaniya, Ermənistan, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rusiya və Rumıniya bankın təsisçiləridir. BSTDB kreditlərin verilməsi, kredit xətləri, layihələr üçün qrant və dövlət və özəl sektorlarda ticarət maliyyəsi vasitəsilə üzv ölkələrin iqtisadi inkişafına və regional əməkdaşlığa kömək edir.

Məlumatı Milli Bank yayır.