Natia Turnava Milli Bankın İdarə Heyətinin üzvü seçilib

18:46, 07.06.2022

Parlament Milli Bankın İdarə Heyətinin üzvü vəzifəsinə Natia Turnavanın namizədliyini 9 əleyhinə 80 səslə dəstəkləyib.

Natia Turnava 2018-ci il sentyabrın 14-dən 2019-cu il aprelin 17-dək İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini, 2019-cu il aprelin 18-dən 2022-ci il fevralın 9-dək isə həmin qurumun naziri olub.

Parlamentin yaydığı məlumata görə, iqtisad elmləri doktoru və biznesin idarə edilməsi üzrə magistr olan Natia Turnava Böyük Britaniyanın İvane Cavaxişvili Dövlət Universitetində və Kembric Universitetində təhsil alıb. O, həmçinin Harvard Universitetində ABŞ-da müəllimlik üzrə müxtəlif kurslardan keçib.

Oxşar