Natia Turnava - Kommersiya bankları Gürcüstan Konstitusiyası və qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun hərəkət etməyə borcludurlar
Fəaliyyət göstərən kommersiya bankları Konstitusiya və qanunvericiliklə müəyyən edilmiş normalara uyğun hərəkət etməyə borcludurlar – bu haqda Gürcüstanın Milli Bankının prezidenti Natia Turnava Böyük Britaniya tərəfindən “İmedi” və “POSTV”yə sanksiya tətbiq edilməsi ilə əlaqədar deyib.
Turnava bildirib ki, ölkədə fəaliyyət göstərən kommersiya bankları Gürcüstan qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslərdir və onların fəaliyyəti Gürcüstan Konstitusiyasına və milli qanunvericiliyə tabedir.
“Başqa yurisdiksiyada qəbul edilmiş normativ aktla Gürcüstan Konstitusiyası və qanunvericiliyi arasında ziddiyyət yaranması halında, fəaliyyət göstərən kommersiya bankları Konstitusiya və qanunvericiliklə müəyyən edilmiş normalara uyğun hərəkət etməyə borcludurlar” – Natia Turnava qeyd edib.