Natia Turnava İslandiya Mərkəzi Bankının prezidenti ilə görüşüb
Natia Turnava İslandiya Mərkəzi Bankının prezidenti ilə görüşüb

 

Gürcüstan Milli Bankının prezidenti Natia Turnava İslandiya Mərkəzi Bankının prezidenti Asqeir İonson ilə işgüzar görüş keçirib.

Gürcüstan Milli Bankının məlumatına əsasən, tərəflər mərkəzi bankların rolunu müzakirə ediblər və pul siyasəti haqda ətraflı şəkildə danışıblar.

Onların məlumatına əsasən, Gürcüstanda mövcud makroiqtisadi tendensiyalar və maliyyə sabitliyi məsələlərinə toxunulub.

“Milli Bankın Avropa İttifaqı standartlarına tam uyğun olan mövcud monetar və nəzarət siyasəti təcrübəsinə diqqət yönəldildi. Tərəflər, həmçinin, qlobal olaraq dəyişkən mühitdə mövcud maliyyə sistemləri və dünyanın dəyişmiş gündəmi şəraitində monetar siyasət barədə danışıblar. İki ölkənin Mərkəzi Bank rəhbərləri gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçirdilər və birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər. Görüşdə deyildiyi kimi, Gürcüstanın Milli Bankı daim proseslərin təkmilləşdirilməsinə və əməliyyatların şaxələndirilməsinə can atır və bu məqsədlə müxtəlif ölkələrin mərkəzi bankları ilə fəal əməkdaşlıq edir” – Gürcüstan Milli Bankının məlumatında qeyd olunub.

Milli Bankın məlumatına əsasən, İslandiya Mərkəzi Bankının prezidenti larinin dövriyyəyə buraxılmasının 30 illik yubiley tədbirlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək. Asqeir İonson “Dəyişkən mühitdə qlobal maliyyə sistemi: pul siyasətinə təsir” adlı panel müzakirəsində iştirak edəcək.