Natia Turnava - Gürcüstan məhsullarının ixracı ölkəmizin iqtisadi artımının və iqtisadi həvəsləndirməsinin əsas hərəkətverici qüvvəsi olaraq qalır
Natia Turnava - Gürcüstan məhsullarının ixracı ölkəmizin iqtisadi artımının və iqtisadi həvəsləndirməsinin əsas hərəkətverici qüvvəsi olaraq qalır

“Gözlədiyimiz kimi, 2021-ci ildə dirçəlişin çox yaxşı bərpa tendensiyası göründü – bütövlükdə xarici ticarət dövriyyəsi, o cümlədən məhsulların ixracı artmışdır. İxrac 4,2 milyard dolları keçdi, bu da son on ilin ən böyük göstəricisidir, artım isə, təxminən 2020-ci illə müqayisədə 27 faizi təşkil etdi, – İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava Gürcüstanın Milli Statistika İdarəsi tərəfindən bu gün dərc edilən 2021-ci il xarici ticarətin ekspress göstəricilərini bu cür dəyərləndirdi.

2021-ci ildə ixrac 4 242,3 milyon ABŞ dolları, idxal isə, əvvəlki ilə nisbətən 25,1 faiz artaraq 10 077 milyon ABŞ dolları təşkil edir. 2021-ci ildə ixrac 2019-cu illə müqayisədə (pandemiyadan əvvəl) 11,7% çoxdur. 2021-ci ildə ticarət dövriyyəsi 25,6 faiz artaraq 14 319,3 milyon ABŞ dolları təşkil etdi ki, bu da 2019-cu ilin göstəricisilə müqayisədə 7,5 faiz çoxdur.

Gürcüstan məhsullarının ixracı ölkəmizin iqtisadi artımının və iqtisadi həvəsləndirməsinin əsas hərəkətverici qüvvəsi olaraq qalır”, – nazir bəyan etdi.

Məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.