Natia Turnava Frankfurtda SWIFT tərəfindən təşkil edilmiş beynəlxalq konfrans çərçivəsində Çinin Transsərhəd Ödəniş Sisteminin CIPS-in nümayəndələri ilə görüşüb
Natia Turnava Frankfurtda SWIFT tərəfindən təşkil edilmiş beynəlxalq konfrans çərçivəsində Çinin Transsərhəd Ödəniş Sisteminin CIPS-in nümayəndələri ilə görüşüb

 

Gürcüstanın Milli Bankının prezidenti Natia Turnava Frankfurtda SWIFT tərəfindən təşkil edilmiş SIBOS-un ən böyük beynəlxalq konfransı çərçivəsində Çinin Transsərhəd Ödəniş Sisteminin CIPS-in nümayəndələri ilə görüşüb və mövcud əməkdaşlığın gedişatını müzakirə edib.

Qeyd etmək lazımdır ki, Gürcüstanın Milli Bankı CIPS ilə əməkdaşlığa cari ilin yayında başlayıb. Gürcüstanın Milli Bankının dəvəti ilə CIPS-in prezidenti Fu Huanq Tbilisidə rəsmi səfərdə olub. Səfər çərçivəsində gürcü kommersiya bankları ilə görüşlər keçirilib. İşgüzar görüş sistemə qoşulmaq üçün zəruri prosedurları və texniki standartları əhatə edirdi. Hazırda, gürcü banklarının bir hissəsi Çin müxbir bankları vasitəsilə CIPS-in ödəniş sisteminə dolayı üzvlər kimi qoşulub. Həmçinin, digər gürcü kommersiya banklarının da qeyd olunan imkandan yararlanması üçün iş aparılır.

Frankfurtda görüş çərçivəsində tərəflərin başlanmış əməkdaşlıq çərçivəsində mövcud irəliləyiş haqda danışmaq və gələcək planları müəyyənləşdirmək imkanı oldu. Görüş çərçivəsində Natia Turnava qeyd edib ki, Çin Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarətin həcminin və turizmin artması fonunda isə gürcü maliyyə institutlarının CIPS-ə qoşulması potensialı və zəruriliyi açıq şəkildə görünür.

Həmçinin, vurğulanıb ki, Gürcüstanın Milli Bankının təşəbbüsü və səyi ilə ölkədə ödəniş və hesablaşma sistemləri daim inkişaf edir. CIPS-ə inteqrasiya isə gürcü maliyyə institutları tərəfindən istifadə edilən transsərhəd ödəniş sistemlərinin diversifikasiyasına kömək edəcək və Çin və Gürcüstan arasında artan ticarət və turizm tendensiyasını dəstəkləyəcək.

Məlumatı Gürcüstanın Milli Bankının mətbuat xidməti yayır.